Calal Orucov

Calal Orucov Executive Board and Chief Operations Officer

Calal Orucov 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit fakültəsini bitirib. C.Orucov öz əmək fəaliyyətini 2001-ci ildə Avropa İttifaqının TACİS proqramı üzrə koordinasiya bürosunda aparıcı mütəxəssis vəzifəsində başlamışdır. 2002-2005-ci illərdə C.Orucov Azərbaycan Respublikası Mərkəzi Bankında Ödəniş sistemləri və İnformasiya texnologiyaları departamentində aparıcı mütəxəssis və şöbə rəisi vəzifəsində çalışıb. 2005-2006-cı illərdə Mərkəzi Bankın “MilliKart” prosessinq mərkəzinin direktoru vəzifəsində əmək fəaliyyətini davam edib. 2006-2016-ci illərdə “MilliKart” MMC-nin icracı direktoru vəzifəsində çalışıb. 2016-2017-ci illərdə “Unibank” KB Texnologiyaları üzrə direktor və 2017-2018-ci illərdə Azərbaycan Beynəlxalq Bankında Baş direktor vəzifələrində çalışıb. PAŞA Bankda öz əmək fəaliyyətini 2018-ci ilin mart ayından Bankın İdarə Heyətinin üzvü, Baş Əməliyyat inzibatçısı vəzifəsində başlayıb.